Təcrübəli müdafiəçi bu gün qardaş ölkədə əməliyyat ediləcək. Murad Musayevin əməliyyatı Ankarada baş tutacaq.

"Qəbələ"nin futbolçusu Murad Musayev Türkiyəyə yollanıb. Matc.az xəbər verir ki, təcrübəli müdafiəçi bu gün qardaş ölkədə əməliyyat ediləcək.

Ölkə çempionatının 2023/24 mövsümünün son turunda “Sumqayıt”la qarşılaşmada ciddi zədə alan Musayev oyunu yarımçıq dayandırmaq məcburiyyətində qalmışdı. Onun təxminən 4-5 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Musayevin əməliyyatı Ankarada baş tutacaq.

Qeyd edək ki, Premyer Liqanı tərk edən “Qəbələ” növbəti mövsümdə I Liqada oynayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest