Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın bu gün keçirməli olduğu iki yoxlama oyunundan biri artıq başa çatıb. Matc.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ilk olaraq Xorvatiya klubu “Slaven Belupo” ilə üz-üzə gəliblər.
Oyun “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə nəticələnib. Ağdam klubuna qalibiyyət qazandıran qola Musa Qurbanlı imza atıb.
Azərbaycan çempionu axşam saatlarında isə Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Əl-Şabab”la üz-üzə gəlib. Ağdam klubu rəqibini 5:2 hesabıyla məğlub edib. “Qarabağ”ın qollarını Benzia, Andrade və Zubir vurub.
Qeyd edək ki, “Qarabağ” toplanış çərçivəsində buna qədər Almaniyanın “Kayzerslautern” (1:3) və Çexiyanın “Viktoriya” (2:1) komandaları ilə qarşılaşıb.
Yoxlama görüşləri
16 iyul
“Qarabağ” - “Slaven Belupo” (Xorvatiya) - 1:0
Qol: Musa Qurbanlı,
“Qarabağ” - “Əl-Şabab” (BƏƏ) - 5:2
Qollar: Benzia, 32, Andrade, 45+1, Zubir, 51; 53; 55