“Qalatasaray” sağ cinah müdadiəçisi Quela Doue ilə razılığa gəlib.

Matc.az xəbər verir ki, “sarı-qırmızılar” sağ cinah müdafiəçisi üçün baş məşqçi Okan Burukun ilk seçimi Quela Douenin klubu “Renn”lə razılığa gəlib və 21 yaşlı futbolçunu imza üçün İstanbula dəvət edib.

Transferi üçün 6 milyon avro və əlavə 2 milyon avro bonus ödəyəcək Doue ilə 4 illik müqavilə imzalanacaq. O, İstanbul kubunda ildə 1,2 milyon avro qazanacaq.

Qeyd edək ki, Doue ötən mövsüm bütün turnirlərdə 35 oyunda 4 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 7 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest