22 İyul 2024, 11:07
FUTBOL
Futzal üzrə Çempionlar Liqasının hazırlığını davam etdirən “Araz-Naxçıvan” heyətini gücləndirib. Matc.az xəbər verir ki, “qırmızı-ağlar” millinin gənc üzvü ilə anlaşıb.
İlham Alıyev qarşıdakı mövsümü çempionun heyətində keçirəcək. O, buna qədər U-19-un formasını geyinib. Alıyev əsas milliyə də cəlb olunur.
Qeyd edək ki, braziliyalı Kadinyonu, Caique Aledes De Oliveyra (hər ikisi “Jetısu” Qazaxıstan) və serb Lazar Milosavljeviçi (“Crnica”, Xorvatiya) transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.