“Bavariya”nın İdarə Heyətinin üzvü Uli Höness 2025-ci il Klublararası Dünya Çempionatının sıx qrafikindən narazılığını bildirib. Matc.az xəbər verir ki, futbol funksioneri buna görə, FIFA və UEFA-nı tənqid edib.

Onun fikrincə, bu turnir futbolçuların fiziki durumlarına mənfi təsir göstərəcək: “Real”ın da bizimlə eyni narahatlığı var. Nə vaxtsa hər şey bitəcək. Bəzi UEFA və FİFA rəsmilərinin planlaşdırdıqları çılğınlıqdır. İdman getdikcə pisləşir, oyunçular daha çox zədə alır”.

Qeyd edək ki, 2025-ci ildə Klublararası Dünya Çempionatı yenilənmiş formatda keçiriləcək. Turnirdə ilk dəfə 6 konfederasiyanı təmsil edən 32 klub iştirak edəcək: UEFA (12 komanda), AFC (4), CAF (4), KONKAKAF (4), KONMEBOL (6), OFC (1) və ev sahibi ölkənin (ABŞ) komandası.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest