PSJ-nin baş məşqçisi Luis Enrike əsas qapıçı Canluici Donnarummanın çıxışından narazıdı. Matc.az xəbər verir ki, çalışdırıcı italiyalı qolkiperi ehtiyat oyunçular skamyasına göndərməyi düşünür.

Buna səbəb onun Çempionlar Liqasında “Arsenal”la görüşdə buraxılan hər iki qolda səhvə yol verməsidi. Həmin matçda parislilər 0:2 hesabı ilə məğlub olub. Matvey Safonovun yay fasiləsində transferi qapıçı mövqeyində rəqabəti artırıb. Növbəti görüşlərdə Safonovun çərçivədə durması istisna deyil.

Qeyd edək ki, Canluici Donnarummanın PSJ ilə müqaviləsi 2026-cı ilə qədərdi. Fransa klubu yeni sözləşmə təklif etməyə tələsmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest