04 Oktyabr 2024, 19:10
FUTBOL
PSJ "Liverpul"un 32 yaşlı vingeri Məhəmməd Salahla maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Sun" paylaşıb.
Bildirilir ki, Fransa nəhəngi misirli futbolçuya maaş artımı ilə 3 illik müqavilə təklif etməyə hazırdır. Kilian Mbappe klubdan ayrıldıqdan sonra PSJ-nin yeni ulduz futbolçu ilə müqavilə imzalamaq istədiyi vurğulanır. Paris klubu Salahın Çempionlar Liqasında mövqeyini möhkəmləndirəcəyinə inanır.
Qeyd edək ki, bu mövsüm Salah bütün turnirlərdə 9 matçda iştirak edib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 55 milyon avrodur.