06 Oktyabr 2024, 13:50
FUTBOL
"Real" İspaniya La Liqasının 9-cu turunun "Vilyarreal"la oyununda (2:0) 79-cu dəqiqədə əvəzlənən cinah yarımmüdafiəçisi Vinisius Juniorun zədələnməsi ilə bağlı açıqlama verib.
Matc.az xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında paylaşılıb.
Bildirilir ki, tibbi müayinələrdən sonra Vinisius Juniora boyun onurğasının zədələnməsi diaqnozu qoyulub.
Qeyd edək ki, bu mövsüm Vinisius bütün yarışlarda 12 matçda iştirak edib, 4 qol vurub və 7 məhsuldar ötürmə edib.
24 yaşlı yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 180 milyon avrodur.