"Real" müdafiəçisi Daniel Karvaxalla müqaviləni uzadıb.

Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytının məlumat paylaşıb.

Bildirilir ki, 32 yaşlı futbolçu ilə yeni müqavilə 2026-cı il iyunun 30-na kimi nəzərdə tutulub.

Bundan əvvəl Karvaxal İspaniya çempionatının IX turunun "Vilyarreal"la oyununda (2:0) ikinci hissənin dayandırılması zamanı çarpaz diz bağından zədələnmişdi. Müdafiəçi meydanı xərəkdə tərk edib.

"Real" Karvaxala bütün dəstəyini və sevgisini ifadə etmək istəyir və ona tezliklə sağalmasını arzulayır ki, onun futbolundan ən qısa zamanda həzz ala bilək", - "Kral Klubu"nun mətbuat xidmətinin açıqlamasında deyilir.

Qeyd edək ki, Daniel Karvaxal "Real"ın heyətində 426 oyun keçirib, 14 qol vurub və 65 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest