"Las Palmas" baş məşqçisi Luis Miqel Karrio ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.  

45 yaşlı ispaniyalı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib. O, bu yaydan komandaya rəhbərlik edirdi.

Karrionun rəhbərliyi altında "Las Palmas" 9 oyun keçirib, heç bir qələbə qazana bilməyib, 3 heç-heçə edib və 6 dəfə məğlubiyyətlə üzləşib.

Komanda hazırda 3 xalla 20-ci - sonuncu pillədə qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest