09 Oktyabr 2024, 16:03
FUTBOL
"Liverpul" klubunun sabiq baş məşqçisi Yurgen Klopp özünə yeni iş tapıb. Matc.az xəbər verir ki, alman mütəxəssis "Red Bull" şirkətində futbol bölməsinin rəhbəri olub.
Y.Klopp "Leyptsiq", "Zaltsburq", "Nyu-York Red Bulls" klublarının, həmçinin Braziliya və Yaponiyadakı iki komandanın inkişaf strategiyasına cavabdeh olacaq. O, vəzifəsinin icrasına yanvarın 1-də başlayacaq.
Klopp ilə müqavilədəki bəndə əsasən, o, Almaniya millisinin baş məşqçisi postuna dəvət alacağı halda, sözləşməyə birtərəfli xitam vermək hüququna malik olacaq.