Misli Premyer Liqasının 2026/2027-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.

Matc.az xəbər verir ki, "Holiday Inn" hotelində təşkil olunan tədbirdə elitada mübarizə aparacaq komandaların qarşıdakı mövsüm üçün oyun təqvimi rəsmiləşib.

Yeni mövsümdə çempionatda "Sabah", "Qarabağ", "Turan Tovuz", "Neftçi", "Zirə", "Araz-Naxçıvan", "Sumqayıt", "Şamaxı", "İmişli", "Kəpəz" və "Qəbələ" klubları mübarizə aparacaqlar. Ötən mövsümün nəticələrinə əsasən elitaya yüksələn "Şəfa" komandası isə turnirin yeganə debütantı olacaq.

12 komandanın iştirak edəcəyi çempionat yarışı 3 dövrədən və 33 turdan ibarət olacaq.

Ölkənin ən güclülərinin çıxış edəcəyi Premyer Liqanın yeni mövsümünün start tarixi də artıq dəqiqləşib. Komandalar avqustun 14-də keçiriləcək ilk tur oyunları ilə rəsmi marafona start verəcəklər.

Misli Premyer Liqası
I tur

"Araz-Naxçıvan" - "İmişli"

"Kəpəz" - "Sabah"

 "Şamaxı" - "Qarabağ"

"Turan Tovuz" - ⁠"Qəbələ"

"Sumqayıt" - Neftçi"

"Zirə" - "Şəfa"

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest