Braziliyalı hücumçu Pelenin 1958-ci il dünya çempionatının final oyunundakı forması hərracda 4,88 milyon dollara satılıb.

Matc.az xəbər verir ki, həmin oyunda dubl edən Pele braziliyalıların ilk dəfə dünya çempionu olmasına kömək edib. Finalda Braziliya yığması ev sahibi İsveç komandasına qalib gəlib (5:2). Bununla da Pele karyerasında ilk dünya çempionluğu titulunu qazanıb. Braziliyalı ümumilikdə 3 dəfə bu kuboku başı üzərinə qaldırıb və tarixdə bunu bacaran yeganə futbolçudur.

İsveçlilərin qapısına yol tapan Pele dünya çempionatlarının final oyunları tarixində qol vuran ən gənc futbolçu olub. O, meydana 17 yaş 249 günlüyündə çıxıb. Bu rekord indiyə qədər ona məxsusdur.

Forma satışı üzrə rekord məbləğ isə 9,3 milyon dollardır. 2022-ci ildə bu məbləğə argentinalı Dieqo Maradonanın forması satılıb. O, həmin forma ilə 1986-cı il dünya çempionatının dörddəbir finalında İngiltərə yığmasının qapısına iki qol vurub. Qollardan biri əllə vurulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest