09 Oktyabr 2024, 19:16
FUTBOL
"Beşiktaş"ın futbolçusu Qabriel Paulista sıradan çıxıb.
Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı braziliyalı müdafiəçi Superliqanın 8-ci turunda "Qaziantep"lə görüşdə (1:1) ayaq əzələsindən zədələnib. O, 3 həftə komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, "Beşiktaş" Qabriel Paulistanı mövsümün əvvəlində "Atletiko"dan transfer edib. Təcrübəli oyunçu "qara qartallar"ın heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol vurub və 1 məhsuldar edib.