"Real" Madrid"in müdafiəçisi Daniel Karvaxal sağ dizindən əməliyyat olunub.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat paylaşıb.

"Oyunçumuz Dani Karvaxal "Real"ın tibb xidmətinin nəzarəti altında sağ dizin ön çarpaz bağı və posterolateral bağının cırdığından doktor Manuel Leyes tərəfindən uğurlu əməliyyat keçirib. Karvaxal yaxın günlərdə bərpa prosesinə başlayacaq", - deyə klubun paylaşdığı məlumatda bildirilir.

Xatırladaq ki, Karvaxal "Real" - "Vilyarreal" (2:0) qarşılaşmasında qonaqların cinah oyunçusu Jeremi Pinault ilə toqquşaraq ciddi zədə alıb. b. İspan özü meydanı tərk edə bilməyib. 32 yaşlı futbolçunun sağalma prosesinin bir ilə qədər çəkə biləcəyi bildirilirdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest