Dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsində X turun oyunları keçirilib. Matc.az xəbər verir ki, lider Argentina növbəti qələbəsini qazanıb.

Lionel Messinin 3 qol, 2 assistlə yadda qaldığı görüşdə son dünya çempionu Boliviyanın qapısından 6 cavabsız top keçirib. Braziliya isə Perunu 4:0 hesabı ilə üstələyib.

Kolumbiya – Çili – 4:0

Paraqvay – Venesuela – 2:1

Uruqvay – Ekvador – 0:0

Argentina – Boliviya – 6:0

Braziliya – Peru – 4:0

Qeydə alınan nəticələrdən sonra Argentina 22 xalla turnir cədvəlinə başçılıq edir. İlk “üçlüy”ü Kolumbiya (19) və Uruqvay (16) qapayır. Uruqvayla eyni xala malik Braziliya 4-cü sırada qərarlaşıb. Ekvadorla Paraqvay hərəyə 13 xalla 5-6-cı yerləri bölüşdürürlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest