AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.

O, UEFA Konfrans Liqasının Liqa mərhələsinin III turu çərçivəsində keçiriləcək LASK (Avstriya) - “Serkl Brügge” (Belçika) oyununun UEFA nümayəndəsi olacaq. Linz şəhərində yerləşən “Oberösterreich Arena”da təşkil olunacaq görüş noyabrın 7-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest