UEFA Çempionlar Liqasında Liqa mərhələsinin IV turun oyunları keçirilib.
Matc.az xəbər verir ki, turun ikinci oyun günündə daha 9 qarşılaşma baş tutub.
PSJ "Atletiko"ya məğlub olub. "Benfika" səfərdə "Bavariya"ya uduzub. "İnter" isə "Arsenal"a qalib gəlib.
Qeyd edək ki, növbəti turun oyunları 26-27 noyabr tarixlərində keçiriləcək.
Çempionlar Liqası
Liqa mərhələsi, IV tur
6 noyabr
"Brügge" (Belçika) – "Aston Villa" (İngiltərə) - 1:0
Qol: Vanake, 52 (pen)
"Şaxtyor" (Ukrayna) – "Yanq Boyz" (İsveçrə) - 2:1
Qollar: Zubkov, 31, Sudakov, 41 // İmeri, 27
"Feynord" (Niderland) – "Salzburq" (Avstriya) - 1:3
Qollar: Mussa, 81 // Konate, 45+2, 58, Quindo, 86
"Srvena Zvezda" (Serbiya) – "Barselona" (İspaniya) - 2:5
Qollar: Silas, 27, Milson, 84 // Martines, 13, Levandovski, 43, 53, Rafinya, 55, Lopes, 76
"İnter" (İtaliya) – "Arsenal" (İngiltərə) - 1:0
Qol: Çalhanoğlu, 45+3 (pen)
PSJ (Fransa) – "Atletiko" (İspaniya) - 1:2
Qollar: Emeri, 14 // Molina,18, Korrea, 90+3
"Sparta" (Çexiya) – "Brest" (Fransa) - 1:2
Qollar: Olatunji, 90+2 // Fernandes, 37, Kairinen, 80 (aq)
"Ştutqart" (Almaniya) – "Atalanta" (İtaliya) - 0:2
Qollar: Lukman, 51, Zaniolo, 88
"Bavariya" (Almaniya) – "Benfika" (Portuqaliya) - 1:0
Qol: Musiala, 67