06 Noyabr 2024, 13:54
FUTBOL
“Real”ın hücumçusu Vinisius Junior yenidən gündəmə gəlib. Matc.az xəbər verir ki, Braziliya millisinin üzvü bu dəfə Çempionlar Liqasının IV turunda “Milan”la keçirilən oyunda xoşagəlməz addım atıb.
Belə ki, o, komandasının 1:3 hesabı ilə məğlub olduğu qarşılaşmanın 70-ci dəqiqəsində baş hakim Slavko Vinçiçə “dəli” deyib. Buna görə, referi ulduz futbolçuya sarı vərəqə göstərməklə kifayətlənib.
Qeyd edək ki, Vinisius Junior “Real”da olduğu müddətdə qırmızı vərəqə almayıb.