“Millətlər Liqasına mükəmməl start verdik, nəticədə indi qrup lideriyik”. Matc.az xəbər verir ki, bunu İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson deyib.

Danimarkalı mütəxəssis Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Slovakiya və Azərbaycan yığmalarına qarşı keçiriləcək oyunları dəyərləndirib.

O, C liqasının 1-ci qrupunda yer alan komandasının hədəfinin mövqeyini qorumaq olduğunu söyləyib: “Qrupda birinci yeri tutmaq və oyunumuzu inkişaf etdirmək istəyirik. Oktyabrda iki yaxşı matçımız oldu. Biz Millətlər Liqasında indiyə qədər keçirdiyimiz 4 qarşılaşmanın hamısında yaxşı çıxış etdik, çox sayda qol şansları yaratdıq. 11 qol vurmağımız da bunun sübutudur”.

Qeyd edək ki, İsveç yığması noyabrın 16-da Slovakiyanı, 19-da isə Azərbaycanı öz meydanında qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest