Kilian Mbappe "Real"da göstərdiyi oyununun səviyyəsindən narahatdır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.

Bildirilir ki, 25 yaşlı futbolçu ardıcıl ikinci dəfə Fransa millisinə çağırılmaması, keçmiş klubu PSJ ilə məhkəmə çəkişməsi səbəbindən də təzyiq altındadır.

Bununla belə, komanda yoldaşları Mbappeni dəstəkləyir və onun "ümidsizliyə düşməsinə" imkan vermir. Hücumçunun Brahim Diazla yaxın dostluq qurduğu bildirilir.

Mbappeni "Real"ın fransız oyunçuları Eduardo Kamavinqa, Aurelyen Tçouameni və Ferland Mendinin də yaxından dəstək olduqları bildirilir.

Qeyd edək ki, Mbappe ümumilikdə bu mövsüm Madrid klubunun heyətində 16 oyun keçirib, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest