“Təkcə Azərbaycanla yox, bütün oyunlar bizim üçün həlledicidi”. Matc.az xəbər verir ki, bunu Estoniya millisinin baş məşqçisi Yurgen Henn deyib. Çalışdırıcı UEFA Millətlər Liqasının V turu çərçivəsində Azərbaycan millisinə qarşı keçiriləcək oyun barədə danışıb.

“Təkcə Azərbaycanla yox, bütün oyunlar bizim üçün həlledicidi”. Matc.az xəbər verir ki, bunu Estoniya millisinin baş məşqçisi Yurgen Henn deyib.

Çalışdırıcı UEFA Millətlər Liqasının V turu çərçivəsində Azərbaycan millisinə qarşı keçiriləcək oyun barədə danışıb. O, qrupda üçüncü yeri tutmaq istədiklərini bildirib.

Hennin fikrincə, Qəbələdə onları çətin mübarizə gözləyir: “Azərbaycanla oyunun tam strategiyasını qurmamışıq. Bu, heyətdəki futbolçulardan asılıdı. Ev matçında göstərdik ki, müxtəlif vəziyyətlərə reaksiya verməyə hazırıq. Azərbaycanı qabaqlamaq istəyirik”.

Qeyd edək ki, noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan - Estoniya görüşü saat 18:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest