19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək. Matc.az xəbər verir ki, 7-ci qrupda yer alan millimiz İslandiya yığması ilə üz-üzə gələcək.

Moldovanın paytaxtı Kişinyovda yerləşən “Zimbru-2” stadionunda təşkil olunacaq qarşılaşmanı şotlandiyalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Avropa çempionatının seçmə mərhələsi

VII qrup, I tur

13 noyabr

14:00. Azərbaycan (U-19) – İslandiya (U-19)

Hakimlər: David Dickinson (Şotlandiya), Craig Ferguson (Şotlandiya), Ghennadi Lisita (Moldova), Igor Bosca (Moldova)

“Zimbru-2” stadionu, Kişinyov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest