“Roma” yeni baş məşqçisini müəyyənləşdirmək üzrədi. Matc.az xəbər verir ki, İtaliya klubu Klaudio Ranyeri ilə anlaşmağa çalışır.

73 yaşlı mütəxəssis paytaxt təmsilçisində çalışmağın əleyhinə deyil. Tərəflər mövsümün sonuna qədər müqavilə bağlamağı planlaşdırır. Ranyeri baş məşqçi postundan göndərilən İvan Yuriçi əvəzləyəcək.

Maraqlıdı ki, Ranyeri daha əvvəl iki dəfə - 2009-2011 və 2019-cu illərdə “Roma”nı çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest