"Roma"nın yeni baş məşqçisi bəlli olub. 

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Paytaxt təmsilçisini Klaudio Ranieri çalışdıracaq. 73 yaşlı mütəxəssis məşqçilik karyerasını bitirsə də, sabiq komandasına çətin dövrdə kömək etməyə razılaşıb. Tərəflər arasında artıq razılığın əldə olunması bildirilir. 

Qeyd edək ki, Klaudio Ranieri "Roma"da 2009-2011 və 2019-ci illərdə çalışıb. O, son dəfə "Kalyari"ni çalışdırıb və bu yay karyerasını bitirməyə qərar verib. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest