Qadın voleybolçulardan ibarət “Turan” klubu CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Matc.az xəbər verir ki, Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın “Maritza Plovdiv” kollektivini 3:0 hesabı ilə məğlub edib.
Tovuz Olimpiya İdman Kompleksində keçirilən qarşılaşmada setlər 25:22, 25:17 və 25:23 hesabları ilə başa çatıb.
İlk oyunda da səfərdə rəqibini 3:0 hesabı ilə üstələyən “Turan” iki görüşün nəticəsinə əsasən qrup mərhələsinə yüksəlib.
Komanda D qrupunda Türkiyənin “Eczacıbaşı”, İtaliyanın “Savino Del Bene Scandicci” və Serbiyanın “Tent Obrenovac” klubları ilə mübarizə aparacaq.
“Turan” qrup mərhələsində ilk oyununu noyabrın 25-də səfərdə “Savino Del Bene Scandicci”yə qarşı keçirəcək.

_1693395834.png)











