10 Dekabr 2024, 14:33
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 
 
"Napoli" rəhbərliyi komandanın gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya ilə yeni müqavilə imzalamağa yaxındı. Matc.az xəbər verir ki, yeni anlaşmanın müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulacaq.
Xviçanın məvacibinin artırılacağı da nəzərdə tutulub. Yeni müqavilənin bu ilin sonunadək imzalanacağı gözlənir.
Qeyd edək ki, Kvaratsxeliyanın “Napoli” ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.

            
 


_1762260863.jpg)







