“Bandırmaspor”dan transfer olunan Coşqunla 1,5 illik müqaviləyə qol çəkilib.

Azərbaycan yığmasının futbolçusu Coşqun Diniyev Türkiyədə komandasını dəyişib. Matc.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi karyerasını “Çorum”da davam etdirəcək.

Bu barədə “Çorum”un mətbuat xidməri rəsmi məlumat yayıb. “Bandırmaspor”dan transfer olunan Coşqunla 1,5 illik müqaviləyə qol çəkilib. Superliqaya vəsiqə uğrunda mübarizə aparan “Çorum” hazırda turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Diniyev cari mövsümdə Türkiyə 1-ci liqasında 20 matçda 2 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest