11 Fevral 2025, 10:24
FUTBOL
“Feyenoord” rəhbərliyi komandanın baş məşqçisi Brian Priske ilə əməkdaşlığı dayandırıb. Matc.az xəbər verir ki, bu barədə Niderland klubunun rəsmi saytındaməlumat yayılıb.
Buna komandanın son matçlardakı uğursuz nəticələri səbəb olub. Danimarkalı çalışdırıcının müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Priske 2024-cü ilin yayından “Feyenoord”u çalışdırırdı.