11 Fevral 2025, 11:29
FUTBOL
Azərbaycanın yığmasının sabiq qapıçısı Andrey Popoviçin yeni komandası müəyyənləşib. Matc.az xəbər verir ki, 33 yaşlı qolkiper Qırğızıstana köçüb.
Ukraynalı çərçivə qoruyucusu "Qırğızaltın" klubu ilə anlaşıb. Tərəflər arasında 1 illik müqavilə imzalanıb. Popoviçin yeni komandası hazırda Qırğızıstan çempionatında sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, Popoviç Azərbaycan millisi ilə yanaşı, "Bakı", "Turan", "Qəbələ" və "Sumqayıt" klublarının da formasını geyinib.