"Ən asanı hansısa futbolçunu günahlandırmaq olar. Başda mən olmaqla, hər kəs günahkardı. Problem budu ki, kifayət qədər stabil deyilik"
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində “Real”la keçirilən ilk oyundan sonra fikirlərini bildirib. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis evdəki 2:3 hesablı məğlubiyyətin səbəbləri barədə danışıb.
54 yaşlı çalışdırıcı stabil olmadıqlarını etiraf edib: “Uzun illərdi “Mançester Siti” kimi böyük klubun bir hissəsiyəm. Ancaq indi düşdüyümüz bu durumdan çıxmağa kömək edəcək nəsə təklif edə bilmirəm. Etiraf etməliyəm ki, sistemimiz əvvəlki kimi işləmir. Ən asanı hansısa futbolçunu günahlandırmaq olar. Başda mən olmaqla, hər kəs günahkardı. Problem budu ki, kifayət qədər stabil deyilik”.
Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 19-da keçiriləcək.