"İlk qarşılaşmada üstünlük əldə etdik. Yaxşı oyun keçirdik. Hələ qarşıda cavab matçı olacaq"

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının pley-off mərhələsində “Mançester Siti” ilə keçirilən ilk oyunu dəyərləndirib. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis 3:2 hesablı qələbə qazandıqları görüş barədə fikirlərini bildirib.

“Təbii ki, xoşbəxtəm. İlk qarşılaşmada üstünlük əldə etdik. Yaxşı oyun keçirdik. Hələ qarşıda cavab matçı olacaq. Mükəmməl oyun alındı. Həm müdafiədə etibarlı oynadıq, həm də hücumda təsirli olduq. Fikrimcə, layiqli qələbə qazandıq”, - deyə Ançelotti bildirib.

Qeyd edək ki, komandalar arasında İspaniyadakı cavab oyunu fevralın 19-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest