12 Fevral 2025, 13:29
FUTBOL
Usman Dembele heç vaxt 2025-ci ildəkindən çox qol vurmayıb. Matc.az xəbər verir ki, fransalı futbolçu son olaraq Çempionlar Liqasının pley-off mərhələsində “Brest”lə görüşdə fərqlənib.
O, komandasının 3:0 hesablı qələbəsinə dublla töhfə verib. Dembele 2025-ci ildə keçirdiyi 8 oyunun hamısında qol vurub. Ümumilikdə onun 6 həftə ərzində 15 qolu var.
Ulduz futbolçu 2016-cı ildə “Renn” və “Borussiya”da müəyyən edilmiş klub səviyyəsində bir il ərzində qol vurmaq üzrə şəxsi rekordunu təkrarlayıb.