"Mançester Siti" "Bayer" hücumameyilli yarımmüdafiəçisi Florian Virtzi yayda heyətinə qatmağa çalışacaq.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Baş məşqçi Xosep Qvardiola 21 yaşlı alman futbolçunu yayda 34 yaşı tamam olacaq Kevin de Bruynenin əvəzedicisi kimi görür.

Qeyd edək ki, Virts Leverkuzen təmsilçisinin heyətinda cari mövsümdə bütün turnirlərdə 35 oyun keçirib, 15 qol vurub və 12 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest