24 Mart 2025, 09:46
FUTBOL
Adı “Real”la birgə hallanan "Liverpul"un futbolçusu Trent Aleksander-Arnold “qırmızılar”la müqavilənin müddətini uzatmaq təklifini rədd edib. Matc.az xəbər verir ki, 26 yaşlı müdafiəçi yayda Madridə köçməkdə qərarlıdı.
İngilis futbolçunun mersisaydlılarla müqaviləsinin müddəti cari mövsümün sonunda yekunlaşacaq.
Qeyd edək ki, Trent Aleksander-Arnold "Liverpul"un yetirməsidi.