09 May 2025, 22:34
FUTBOL
"Nürnberq" mövsümün sonunda klubdan ayrılacaq Mahir Emreliyə xüsusi hədiyyə verib.
Matc.az xəbər verir ki, 2-ci Bundesliqanın 33-cü turunun "Köln"lə matçında əvvəl azərbaycanlı hücumçuya çərçivəyə salınmış rəsmi hədiyyəsi təqdim olunub. Bununla bağlı klubun sosial şəbəkə hesabında "Təşəkkürlər, Mahir" başlığı ilə paylaşım edilib.
Mahir oyuna start heyətində başlayıb. 28 yaşlı forvard fasilədə əvəzlənib. Qarşılaşma "Köln"ün 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Mahir Emreli mövsümün əvvəlindən "Nürnberq"də çıxış edir. Millimizin üzvü komandanın heyətində keçirdiyi 28 oyunda 8 qol vurub, 1 qol ötürməsi edib.
