09 May 2025, 21:40
MPL
"Bu gün pis oynamadıq. Sadəcə olaraq buraxdığımız qolda taktiki səhvə yol verdik. Ümumi götürsək, oyundan məmnunam"
"Sabah" Misli Premyer Liqasının 34-cü turunda öz meydanında "Şamaxı"nı 3:1 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Vasili Berezutski oyundan sonra keçirilən mətbuat konfransnda fikirlərini bölüşüb:
"Bizim üçün vacib qələbədir. Bu qalibiyyət komandanı emosional cəhətdən daha da inkişaf etdirəcək. Bu gün pis oynamadıq. Sadəcə olaraq buraxdığımız qolda taktiki səhvə yol verdik. Ümumi götürsək, oyundan məmnunam".