"Qızıl Avropa Liqasında ilk oyunumuz Belarusla oldu. Bu, həm də mənim Azərbaycan millisində birinci görüşüm idi". Matc.az xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Covanni Kaprara deyib.

İtaliyalı mütəxəssis Azərbaycan Voleybol Federasiyasının rəsmi saytına açıqlamasında millimizdəki ilk oyununu şərh edib. O, Belarusa 2:3 hesablı məğlubiyyətə baxmayaraq, yaxşı çıxış etdiklərini söyləyib: "Qızlar yaxşı oynadılar. Düzdü, ilk hissədə çox səhvlər etdilər, amma ümumilikdə qızların oyunundan razı qaldım. Belarusla qarşılaşmada edilən səhvləri növbəti oyunlarda təkrarlamamaq lazımdı".

Kaprara sabah İspaniyaya qarşı keçiriləcək oyun barədə də danışıb: "Bu görüşə Anastasiya Qurbanova da "14-lük"də yer alıb. Oyun əsasında ona da şans veriləcək. Düzü, İspaniyanın oyunu haqda çox məlumatım yoxdu. Ən önəmlisi biz öz oyunumuzu yaxşı keçirməliyik. Top qəbulunda və müdafiədən sonra yaxşı və səhvsiz olmalıyıq. O zaman qələbə qazanmaq daha rahat olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest