"Napoli" müdafiəçi Rafa Marini "Vilyarreal"a icarəyə verib.

Matc.az xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı futbolçu 2025/2026 mövsümünü La Liqa təmsilçisinin formasını geyinəcək. "Vilyarreal" 15 milyon avro ödəməklə 23 yaşlı mərkəz müdafiəçisini birdəfəlik transfer edə bilər.

Qeyd edək ki, "Napoli" Rafa Marini ötən ilin yayında "Real"dan transfer edib. Oyunçu Neapol təmsilçisinin heyətində 6 oyunda meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest