İyulun 24-də (saat 20:00) Bakıda oynanılacaq ilk oyun Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb.

"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqası 1-ci təsnifaat mərhələsində Yunanıstanın "Aris" klubu ilə keçirəcəyi qarşılaşmaların hakim təyinatları açıqlanıb.

Matc.az xəbər verir ki, İyulun 24-də (saat 20:00) Bakıda oynanılacaq ilk oyun Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Andrey Kivulete yan xətt hakimləri qismində Mirça Mihail Qriqoriu və Andrey Qabriel Konstantinesku kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Radu Petresku yerinə yetirəcək.

İyulun 31-də Yunanıstandakı cavab görüşünün baş hakimi şotlandiyalı David Dikinson olacaq. Onun həmyerliləri Fransis Konnorla Conatan Bell yan xətt hakimi vəzifəsinə yerinə yetirəcək. Rayan Li isə dördüncü hakim olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest