Xorvatiya millisi və "Barselona"nın sabiq müdafiəçisi İvan Rakitiç karyerasını bitirmək qərarına gəlib.

Matc.az xəbər verir ki, bu barədə Nikolo Şira məlumat paylaşıb.

Bildirilir ki, 37 yaşlı xorvatiyalı son zamanlarda çıxış etdiyi "Hayduk"un strukturunda çalışacaq.

Rakitiç karyerası ərzində "Bazel", "Şalke", "Sevilya", "Barselona" və "Əl-Şabab" kimi klubların formaını geyinib. O, Xorvatiya millisində isə 106 oyun keçirib və dünya çempionatının gümüş medalını qazanıb.

Xorvatiyalı futbolçu Çempionlar Liqasının (2015) və iki dəfə Avropa Liqasının (2014, 2023) qalibi olub. O, dörd dəfə İspaniya çempionuluğu sevinci yaşayıb, İspaniya Kubokunun və klublararası dünya çempionatının qalibi olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest