"İnter Mayami"nin 38 yaşlı argentinalı hücumçusu Lionel Messi MLS ulduzlarının ən nadir nailiyyətini təkrarlayaraq, ardıcıl üç oyunda ən azı iki qol vuran və bir məhsuldar ötürmə edən dördüncü oyunçu olub.

Matc.az xəbər verir ki, belə bir statistik nailiyyət əldə edən sonuncu oyunçu 2012-ci il martın 25-dən aprelin 7-dək fransız hücumçu Tyerri Anri olub.

Anri və Messidən əvvəl yalnız kolumbiyalı Dieqo Serna (2001) və amerikalı Ante Razov (1999) belə nəticə əldə edə bilib.

Qeyd edək ki, Messi mayın 25-dən bu yana üç oyunda 6 qol və 7 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest