06 İyul 2025, 11:42
FUTBOL
"Çelsi"nin hücumameyilli yarımmüdafiəçisi Noni Madueke "Arsenal"a keçir.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano məlumat paylaşıb.
Bildirilir ki, tərəflər 5 illik müqavilə və gələcək maaşın məbləği barədə razılığa gəliblər və "topçular" transfer üçün "mavilər"ə ilk təklifi hazırlayır.
Ümumi transfer məbləğinin 50 milyon avro civarında olacağı gözlənilir, lakin "Arsenal"ın hansı bonus şərtləri təklif edəcəyi məlum deyil.
Qeyd edək ki, 2024/25 mövsümündə Noni Madueke "Çelsi"də bütün yarışlarda 42 matçında iştirak edib, 11 qol və 5 məhsuldar ötürmə edib. "Transfermarkt" oyunçunu 40 milyon avro qiymətləndirir.