Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu "Real"ın braziliyalı vingeri Rodriqonu transfer etməyi düşünür.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Saşa Taloveri paylaşıb.

Bildirilir ki, Səudiyyə klubunun nümayəndələri 2023-cü ildən "Əl-Nəsr"də çıxış edən Kriştiano Ronaldonun tövsiyyəsi ilə bu futbolçuya diqqət çəkiblər.

Daha əvvəl 24 yaşlı Braziliya millisinin oyunçusuna Londonun "Arsenal"ı əsas namizəd kimi göstərildi.

Qeyd edək ki, ötən mövsüm Rodriqo "Real"ın heyətində bütün turnirlərdə 53 oyun keçirib, 14 qol vurub və 11 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest