Portuqaliyanın titullu komandası "Porto" Françesko Fariolini baş məşqçi təyin edib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti məlumat yayıb.

Müqavilə 2027-ci ilin yayına kimi, daha bir mövsüm uzadılmaq imkanı ilə bağlanıb.

Xatırladaq ki, Fariolinin son iş yeri mayın sonunda tərk etdiyi "Ayaks" olub. 36 yaşlı italiyalı mütəxəssis son bir ildə Amsterdam klubuna rəhbərlik edib. Farioli son 5 tur qalmış 9 xallıq fərqi itirərək, "Ayaks"ı Niderland çempionu edə bilməyib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest