Klublararası dünya çempionatının yarımfinalında keçiriləcək "Fluminense" və "Çelsi" oyununun biletləri 35 dəfə ucuzlaşıb.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Bildirilir ki, indi bir biletin qiyməti təxminən 13 dollardır. Cümə günü isə qiyməti 474 dollara yaxın olub..

Qeyd edək ki, qarşılaşma iyulun 8-də Amerikanın İst-Raterford şəhərində baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest