Bu gün "Dalğa Arena"nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Matc.az saytının məlumatına görə, iclasdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri "Dalğa Arena"nın əsas meydanında Azərbaycan milli komandası ilə görüşüb.

AFFA prezidenti çıxış edərək Avro-2020-nin 4 oyununun Bakıda keçiriləcəyini vurğulayıb, bu turnirin vacibliyini bir daha diqqətə çatdırıb.

Rövnəq Abdullayev Avropa çempionatının seçmə mərhələsində iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya yığması ilə oyunda millimizə uğurlar arzulayıb.

Sonra İcraiyyə Komitəsinin üzvləri milli komandanın məşqini izləyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest