"Mançester Siti"nin hücumçusu Erlinq Haaland karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "El Nacional" televiziyası məlumat yayıb.

"Barselona" norveçli forvardın xidmətində maraqlıdır. Kataloniya təmsilçisinin prezidenti Xoan Laportanın əsas hədəfi 25 yaşlı forvardı komandaya gətirməkdir.

Qeyd edək ki, Erlinq Haaland bu mövsüm "Mançester Siti"nin heyətində keçirdiyi 8 oyunda 8 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest