"Əsas məsələ həmin uğurlara necə çatmağımız, futbol oynamaqdan, qələbələr qazanmaqdan və mühüm zirvələri fəth etməkdən aldığımız zövq idi"

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi çoxsaylı komanda titulları və fərdi mükafatlar qazandığı “Barselona” klubunun onun həyatında tutduğu xüsusi yerdən danışıb. Matc.az xəbər verir ki, X sosial şəbəkəsində paylaşım edən bildirib ki, həm şəhərə, həm bu kluba hörməti var.

“Barselona” mənim üçün nə deməkdir? Burada o qədər gözəl xatirələrim var ki, bu klubun mənim üçün əhəmiyyətini bir neçə sözlə ifadə etmək çətindi. Həm şəhərə, həm də kluba qarşı xüsusi sevgim var.

“Barselona”da hər şeyə nail olmaq imkanımız var idi. Bu, təkcə qazandığımız titullarla bağlı deyildi. Əsas məsələ həmin uğurlara necə çatmağımız, futbol oynamaqdan, qələbələr qazanmaqdan və mühüm zirvələri fəth etməkdən aldığımız zövq idi. Lakin ən vacibi gündəlik həyatın kiçik detallarından, məşqlərdən və birlikdə yaşadığımız gözəl anlardan həzz almaq idi” – deyə, Messi bildirib.

Qeyd edək ki, argentinalı futbolçunun açıqlamasını All About Argentina X sosial şəbəkə hesabında paylaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest