17 Sentyabr 2025, 13:13
FUTBOL
"Əl-Hilal"dan ayrılan Renan Lodi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Mançester Yunayted" Braziliya millisinin üzvünü heyətinə qatmaq istəyir. "Qırımızı şeytanlar" azad agent statusunda olan 27 yaşlı sol cinah müdafiəçisi ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Əl-Hilal" Renan Lodini ötən ilin yayında "Marsel"dən transfer etmişdi.